Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşən şəhidimiz

0

  •            Vətən Müharibəsində igid oğullarımız torpaqlarımızın
    azadlığı uğrunda, Xocalı qatillərini məhv etmək üçün döyüşlərə qatıldılar.
    İllərdir qisas hissi ilə vətənpərvər gənclərimizin səbri tükənirdi.  27
    sentyabr tarixi üzərimizdən xəcalət hissininin götürüldüyü, qalibiyyət uğrunda milli ruhumuzun şahə qalxdığı gün kimi tarixə yazıldı. Ramazanlı Əlizamin də bizə Böyük qələbə sevincini yaşadan qəhrəman oğulların sırasında yer alıb.Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il
    mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun
    Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə
    düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1
    sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd
    qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il il yanvarında hərbidən tərxis
    olunub. 

    Ramazanlı Əlizamin Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata-baba yurdu Xocalının Kosalar
    kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi. Buna görə də hərbçi
    olmağı qarşısına məqsəd qoyur. Hərbi xidməti bitirdikdən sonra yenidən Vətənin keşiyində durmağa qayıdır. 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı
    gizir kimi işə başlayır.

    Qəhrəman Kosalar kəndinin şərəfli döyüş
    dastanı Əlizaminə həmişə qürur hissi verib. O, həmişə valideynlərindən Kosalar
    oğullarının döyüş yolunu soruşar, ata-baba yurdunun igidləri ilə fəxr edərdi.
    Əlizamin kiçik yaşlarından “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş
    yolunu öyrənər, “Qırxqız qartalı” ləqəbli Tabil Həsənovu özünə örnək götürərdi.


    Xocalı dərdi Əlizaminin də ürəyində bir
    nisgilə çevrilmişdi. Döyüşlərə qatılarkən Xocalının qisasını almağı qarşısına məqsəd
    qoymuşdu. Tovuz döyüşlərində olduğu kimi, Vətən Müharibəsində də ən ağır döyüşlərə
    qatılmaqdan çəkinmirdi. Onu uğrunda canını fəda etdiyi torpaqlar öz qoynuna çəkirdi.
    Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Ramazanlı Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak
    edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra
    Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını
    maşından düşürərək erməni öldürməyə mən gedəcəyəm deyib. Komandiri isə Əlizaminə
    sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub. Ramazanlı Əlizamin oktyabr
    ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq
    Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin
    edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə
    qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
    yetirdiyinə görə, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda
    aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
    etdirmiş, həmçinin Azərbaycan Respublikası ərazilərinin işğaldan azad
    olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq
    göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş kiçik
    gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Vətən uğrunda”,
    “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları
    ilə təltif edilib.

    Subay idi.

    Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında
    dəfn edilib.

    May ayının 9-u Ramazanlı Əlizaminin cənnətdə ilk doğum günüdür. Şəhidimizi dərin ehtiramla yad edirərək ruhuna dualar oxuyuq. Şəhidlər ölmür. Əlizaminin xatirəsi də qəlbimizdə əbədi yaşayacaqdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib52 dəfə
    Doğum günü ata baba yurdunun işğalı ilə eyni günə düşən şəhidimiz

    Maraqlı gələ bilər
    0
    55
    62